Ağciyər xəstəlikləri

24問 • 2023-12-22
Altay Səmədli
通報

問題

Təcili hal:

  • Sağlamlıq, həyat, əmlak və ya ətraf mühit üçün gözlənilməz risk təşkil edən və dərhal müdaxilə tələb edən təcili və adətən təhlükəli vəziyyətdir.

  • Bütün təhlükəli hesab olunan vəziyyətlərdir.

  • Baş verən bütün təbiət hadisələridir.

  • Yalnız əmlak və ya ətraf mühit üçün gözlənilməz risk təşkil edən haldır

  • Yalnız sağlamlıq və həyat üçün dərhal tibbi müdaxilə tələb edən vəziyyətdir.

  • わからない

問題

Hansı Təcili Tibb Xidmətinin məqsədlərinə aid deyil?

  • Xəstəxanaya gələn bütün xəstələri müalicə və dinamik müşahidə etmək

  • Diaqnostika və müalicəni paralel- eyni zamanda başlamaqla yanaşı xəstə idarəetməni həyata keçirmək

  • Bütün yaş qruplarında xəstəlik və zədələrin kəskin və təcili aspektlərini diaqnostika, müalicə və idarə etmək

  • Hər zaman- 7/24 tibbi xidmət göstərməyə hazır olmaq

  • Bütün xəstəlik və zədələnmələrdə buna bağlı əlillik və ölümün qarşısını almaq

  • わからない

問題

Tibbin ən qədim sahəsi olmasına baxmayaraq ayrıca ixtisas kimi XX əsrdə tanınmağa başlayan tibb sahəsi hansıdır?

  • Plastik cərrahiyyə

  • Neonatologiya

  • Radiologiya

  • Kardiologiya

  • Təcili tibb

  • わからない

問題

Dünyada mövcud ənənəvi tibbi modeldə dar ixtisaslaşma tendensiyası olsa da, təcili tibb: 1) xəstəyə mümkün olan ən geniş spektrdə baxmağı, differensial yanaşmanı 2) simptomu və xəstəliyi deyil, xəstəni müalicə etməyi, 3) yalnız etioloji müalicə aparmağı 4) diaqnostika və müalicəni paralel başlamağı 5) xəstə idarəetməni həyata keçirməyi... ...tələb edir. Yuxarıdakı variantlardan hansı səhvdir?

  • 1

  • 2

  • 3

  • 4

  • 5

  • わからない

問題

“Təcili tibbin atası” hesab olunan alim kimdir?

  • R.M. Rosen

  • İbn-Sina

  • D.Jean Larrey

  • N.İ. Piroqov

  • Hippokrat

  • わからない

問題

Napoleonun apardığı müharibələrdə təcili tibb xidmətinin təşkili ilə bağlı hansı məlumat yanlışdır?

  • “Uçan ambulans” (ambulance volante) adlanan arabalar atlarla yaralıları döyüş bölgəsindən cərrahiyyə çadırlarına daşıyırdı.

  • Ağır ölümcül yaralılara hadisə yerində həyatqurtarıcı tibbi müdaxilələr edilirdi.

  • İlk dəfə triaj tətbiq olunmuşdur.

  • Təcili tibb xidmətinin əsas məqsədi yüngül yaralıları ən qısa zamanda müalicə edib yenidən döyüşə qaytarmaq idi.

  • Ölümcül yaralıların müalicəsindən imtina etməklə həmin zamanı daha çox sayda yüngül yaralıya sərf etmişlər.

  • わからない

問題

Təcili tibb ayrıca ixtisas kimi ilk dəfə hansı ölkədə tanınıb?

  • Çin

  • Rusiya

  • Türkiyə

  • ABŞ

  • Səudiyyə Ərəbistanı

  • わからない

問題

Təcili tibbin xüsusi ixtisas kimi qəbul edilməsi üçün təkanverici rol oynadı:

  • Vietnam müharibəsinin nəticələrinə aid ABŞ ordu departamentinin tibbi hesabatı (1965-1970)

  • New Yorkda mobil koronar baxım birliklərinin qurulması (1968)

  • Şahzadə Diananın avtoqəzada ölümü (1997)

  • Fransada SMUR (Service Mobile d'Urgence et Réanimation)- Mobil təcili və resusitasiya xidmətinin təşkili (1956)

  • Avstriyanın Vyana şəhərində teatr binasında baş verən güclü yanğın (1881)

  • わからない

問題

Təcili tibbin Anqlo-amerikan modelinin xüsusiyyətlərini seçin: 1) Tibbi xidmət “Qal və müalicə et” (stay and play) prinsipinə əsasən həyata keçirilir. 2) hadisə yerində mümkün olan qədər az vaxt itirilir. 3) hadisə yerində həkim olmayan tibb işçisi (paramedik) təcili dəyərləndirmə və müalicəni başlayır. 4) həyatqurtarıcı- resusitasion təcili müalicə və dinamik müşahidə transport müddətində davam etdirilir 5) xəstə təkmil təcili xidmət üçün xəstəxananın təcili yardım şöbəsinə çatdırılır. 6) Təcili yardım şöbələrində ixtisasca yalnız təcili tibb həkimləri çalışır.

  • 1,3,4,5,6

  • hamısı

  • 1, 3, 5

  • 1, 2, 5, 6

  • 2,3,4,5,6

  • わからない

問題

Cədvəldəki hansı bəndlər təcili tibb modellərinə görə yanlış verilmişdir?

  • 1və 3

  • 1 və 6

  • 2 və 6

  • 2 və 5

  • 4 və 6

  • わからない

Ağciyər xəstəlikləri

暗記メーカー

得点

0 / 10

正答率

0%

正解: 0

不正解: 0

未解答: 10

 
ankimaker.com

問題一覧

  • 1

    Təcili hal:

    Sağlamlıq, həyat, əmlak və ya ətraf mühit üçün gözlənilməz risk təşkil edən və dərhal müdaxilə tələb edən təcili və adətən təhlükəli vəziyyətdir.

  • 2

    Hansı Təcili Tibb Xidmətinin məqsədlərinə aid deyil?

    Xəstəxanaya gələn bütün xəstələri müalicə və dinamik müşahidə etmək

  • 3

    Tibbin ən qədim sahəsi olmasına baxmayaraq ayrıca ixtisas kimi XX əsrdə tanınmağa başlayan tibb sahəsi hansıdır?

    Təcili tibb

  • 4

    Dünyada mövcud ənənəvi tibbi modeldə dar ixtisaslaşma tendensiyası olsa da, təcili tibb: 1) xəstəyə mümkün olan ən geniş spektrdə baxmağı, differensial yanaşmanı 2) simptomu və xəstəliyi deyil, xəstəni müalicə etməyi, 3) yalnız etioloji müalicə aparmağı 4) diaqnostika və müalicəni paralel başlamağı 5) xəstə idarəetməni həyata keçirməyi... ...tələb edir. Yuxarıdakı variantlardan hansı səhvdir?

    3

  • 5

    “Təcili tibbin atası” hesab olunan alim kimdir?

    D.Jean Larrey

  • 6

    Napoleonun apardığı müharibələrdə təcili tibb xidmətinin təşkili ilə bağlı hansı məlumat yanlışdır?

    Ağır ölümcül yaralılara hadisə yerində həyatqurtarıcı tibbi müdaxilələr edilirdi.

  • 7

    Təcili tibb ayrıca ixtisas kimi ilk dəfə hansı ölkədə tanınıb?

    ABŞ

  • 8

    Təcili tibbin xüsusi ixtisas kimi qəbul edilməsi üçün təkanverici rol oynadı:

    Vietnam müharibəsinin nəticələrinə aid ABŞ ordu departamentinin tibbi hesabatı (1965-1970)

  • 9

    Təcili tibbin Anqlo-amerikan modelinin xüsusiyyətlərini seçin: 1) Tibbi xidmət “Qal və müalicə et” (stay and play) prinsipinə əsasən həyata keçirilir. 2) hadisə yerində mümkün olan qədər az vaxt itirilir. 3) hadisə yerində həkim olmayan tibb işçisi (paramedik) təcili dəyərləndirmə və müalicəni başlayır. 4) həyatqurtarıcı- resusitasion təcili müalicə və dinamik müşahidə transport müddətində davam etdirilir 5) xəstə təkmil təcili xidmət üçün xəstəxananın təcili yardım şöbəsinə çatdırılır. 6) Təcili yardım şöbələrində ixtisasca yalnız təcili tibb həkimləri çalışır.

    2,3,4,5,6

  • 10

    Cədvəldəki hansı bəndlər təcili tibb modellərinə görə yanlış verilmişdir?

    2 və 6

  • 11

    Aşağıdakılardan hansı Təcili tibbin Franko-German modelinin xüsusiyyətlərinə aid deyil?

    Ambulanslarda həkimlər çalışmır

  • 12

    Təcili tibbin Anqlo-amerikan modelini tətbiq edən ölkəni seçin:

    Türkiyə

  • 13

    Təcili tibbin Anqlo-amerikan modelini tətbiq edən ölkəni seçin:

    İngiltərə

  • 14

    Təcili tibbin Franko-German modelini tətbiq edən ölkəni seçin:

    Almaniya

  • 15

    Səhv fikir hansıdır?

    Təcili tibb ixtisası dünyanın ən qədim ixtisası hesab olunur

  • 16

    Azərbaycanda xüsusən 20 yanvar hadisələri zamanı əhaliyə ən çox xidmət göstərən və təcili tibb sahəsində ən məşhur xəstəxana kimi uzun illər fəaliyyət göstərmiş xəstəxana hansıdır?

    M. Nağıyev adına Təcili Yardım Xəstəxanası

  • 17

    90-cı illərdə M. Nağıyev adına Təcili Yardım Xəstəxanasında təcili yardım xidmətini daha çox hansı ixtisas həkimləri həyata keçirirdilər?

    Ümumi cərrahlar və reanimatoloqlar

  • 18

    90-cı illərdə Azərbaycan Tibb Universitetində təcili tibbin ayrıca tədrisi üçün yeni kafedranın (Təxirəsalınmaz tibbi yardımın təşkili kafedrası) qurulmasında təkanverici amil nə idi?

    I Qarabağ müharibəsi

  • 19

    İstənilən xəstənin (yaşlı, uşaq, fiziki ve zehni əngəlli, zorakılıq qurbanları, immunsupressiv və s.) istənilən xəstəliklə (cərrahi, terapevtik) istənilən zamanda (7/24) müraciət edə biləcəyi şöbə hansıdır?

    Təcili yardım

  • 20

    Təcili yardım şöbəsinə aid xüsusiyyətləri seçin: 1) Şöbə xəstəxananın əsas girişinə yaxın yerləşməlidir 2) Radiologiya və digər xüsusi diaqnostik sahələrə yaxın olmalıdır 3) müalicə sahələrinə (angioqrafiya, koronar intensiv terapiya, ümumi reanimasiya, əməliyyatxana) yaxın qurulmalıdır 4) helikopter enmə zolağına əlçatan yerdə olmalıdır.

    Hamısı

  • 21

    Təcili yardım şöbəsinin vacib komponentlərini seçin: 1) mühafizə 2) triaj- xəstə çeşidləmə sahəsi 3) Resusitasiya otağı 4) travma otaqları 5) arena və izolə tipli müalicə zalları (qırmızı, sarı, yaşıl zonalar) 6) dekontaminasiya sahəsi

    Hamısı

  • 22

    Səhv fikir hansıdır?

    Təcili tibb komandası hər zaman 3 həkim və 3 tibb bacısı olmaqla 6 nəfərdən ibarət olmalıdır.

  • 23

    Təcili tibdə uğurlu komanda işi üçün aşağıdakılardan hansılar olmalıdır? a) doğru seçilmiş üzvlər b) doğru ünsiyyət bacarığı (susaraq dinləmək, səlis danışmaq) c) doğru dizayn edilmiş mühit və resurslar (öncədən yoxlanılan cihazlar, ləvazimatlar) d) motivasiya e) simulyasiya/ məşqetmə

    Hamısı

  • 24

    Təcili tibb komandası üçün simulyasiyaya əsaslanan təlimlərin (simulation based training) əhəmiyyəti nədir?

    Liderlik və ünsiyyət bacarıqlarının inkişafı üçün, müxtəlif klinik bacarıqların, cərrahi vərdişlərin öyrənilməsi və təkmilləşdirilməsi üçün istifadə olunur.