問題一覧
1
203. Böyrəyin birincili büzüşməsi hansı patologiya zamanı baş verə bilər?
B) Aterosklerozun böyrək forması
2
250. Döş giləsi və areolanın xərçəngi:
C) Pecet xəstəliyi
3
222. Böyrək amiloidozunun latent mərhələsində amiloid harda aşkar edilir?
E) Piramidlərdə
4
234. I tip şəkərli diabetdən fərqli olaraq II tip şəkərli diabet:
E) Adətən 40 yaşdan sonra başlanır
5
223. Uzun müddət xroniki qlomerulonefritdən əziyyət çəkmiş 60 yaşlı kişinin meyitinin müayinəsi aparılır. Böyrəklərin ölçüləri kiçilmiş, səthi dənəvərdir; selikli və seroz qişalarda fibrinoz iltihab əlamətləri, miokardda və qaraciyərdə distrofik dəyişikliklər, ağciyərlərin ödemi aşkarlanmışdır. Ölümün səbəbi:
B) Xroniki böyrək çatışmazlığı (uremiya)
6
231. Posthemorragik kəskin böyrək çatışmazlığı zamanı böyrəkdə yaranan dəyişikliyi xarakterizə edin:
E) Nekrotik nefroz
7
215. Berje xəstəliyi qlomerulonefritin əsasən hansı klinik forması ilə müşayiət olunur?
C) Hematuriya
8
248. Qalxanabənzər vəzdən götürülmüş materialın mikroskopik müayinəsində follikulların müxtəlif ölçüdə olması, vəz epitellərinin proliferasiyaya uğrayaraq follikulların mənfəzlərinə doğru məməciklər əmələ gətirməsi aşkar olunur. Follikullardakı maye homogenliyini itirmiş, vakuollaşmışdır. Vəzin stroması limfo-plazmositar infiltrasiyaya uğramışdır. Bu dəyişikliklər hansı növ zob üçün xarakterikdir?
D) Bazedov zobu
9
239. Histogenezindən – hansı növ epiteldən inkişaf etməsindən asılı olaraq uşaqlıq cisminin xərçənginin bir növü göstərilmişdir:
A) Adenokarsinoma
10
227. Keçirilmiş nekrotik nefrozdan sonra kanalcıq epitellərinin regenerasiyası üçün əsas şərt nə hesab edilir?
B) Tubulyar bazal membranın tamlığının pozulmaması (zədələnməməsi)
11
208. Xroniki böyrək çatışmazlığının morfoloji ekvivalenti:
C) Nefroskleroz
12
235. Zobun qeyd olunan formalarını aid olduqları təsnifat prinsiplərinə görə qruplaşdırın: I. Lokalizasiyasına görə II. Morfoloji xüsusiyyətlərinə görə III. Histoloji xüsusiyyətlərinə görə 1) Düyünlü 2) Sirkulyar 3) Distopik 4) Parenximatoz 5) Diffuz-düyünlü 6) Diffuz 7) Kolloid 8) Retrosternal 9) Kolloid-parenximatoz (qarışıq) I II III
C) 2,3,8; 1,5,6; 4,7,9
13
202. Berje xəstəliyi böyrək yumaqcıqlarında hansı immunoqlobulinlərin toplanması nəticəsində inkişaf edir?
A) IgA
14
238. Mastopatiya süd vəzlərinin:
A) Dishormonal patologiyasıdır
15
214. Terapevtik klinikanın nefrologiya şöbəsində 35 yaşlı kişinin böyrəyindən götürülmüş biopsiya materialının elektron-mikroskopik müayinəsi aparılır. İşıq və elektron mikroskopiyaları zamanı yumaqcıq kapilyarlarının bazal membranlarında (podositlər tərəfdə) “tikancıqlar” şəklində depozitlər, onların ətraflarında isə çoxlu bazal membran maddəsinin toplanması aşkar olunur. Diaqnoz:
D) Membranoz nefropatiya
16
212. Qlomerulonefritlərin göstərilən növlərini onların aid olduqları təsnifat prinsiplərinə görə yerləşdirin: I. İnkişaf mexanizminə (patogenezinə) görə II. Klinik gedişinə görə III. Histoloji təsnifatına (lokalizasiyasına) görə 1) Kəskin 2) İmmun kompleksli 3) Ekssudativ intrakapilyar 4) Xroniki 5) Qeyri-immun 6) Proliferativ ekstrakapilyar I II III
E) 2,5; 1,4; 3,6
17
211. Göstərilən böyrək patologiyalarını aid olduqları qruplara görə yerləşdirin: I. İltihabi qlomerulopatiyalar (qlomerulonefritlər) II. Qeyri-iltihabi qlomerulopatiyalar 1) Mezangial qlomerulonefrit 2) Lipoidli nefroz 3) Fibroplastik qlomerulonefrit 4) Membranoz nefropatiya I II
E) 1,3; 2,4
18
200. Lipoidli nefroz xəstəliyinin sinonimi:
C) Kiçik ayaqcıqlar xəstəliyi
19
217. Böyrəkdən götürülmüş materialın mikroskopik müayinəsi aparılır. Yumaqçıq kapsulunu daxildən örtən epitel hüceyrələri proliferasiya edərək yumaqcıqların periferik hissələrində “aypara”şəkilli qalınlaşmış strukturlar əmələ gətirmişlər. Yumaqcıq kapilyarlarını xaricdən örtən podositlərin, həmçinin mezangial hüceyrələrin də proliferasiyası qeyd edilir. Diaqnoz:
B) Ekstrakapilyar proliferativ qlomerulonefrit
20
237. Diabetik neyropatiya ilə əlaqədar inkişaf edən patologiya:
D) Amiotrofiya
21
206. Berje xəstəliyi klinik gedişinə görə hansı növ qlomerulonefritlərə aid edilir?
B) Xroniki qlomerulonefrit
22
241. Süd vəzlərinin xərçəngləri içərisində bu növə rast gəlinmir:
B) Fibroadenoma
23
209. Yarımkəskin qlomerulonefritin morfoloji ekvivalenti:
B) Ekstrakapilyar proliferativ qlomerulonefrit
24
247. Bu zob qalxanabənzər vəzin diffuz şəkildə sklerozlaşması ilə xarakterizə olunur:
D) Ridel
25
226. İmmun kompleks mexanizmli kəskin qlomerulonefritlər zamanı (məsələn, poststreptokok qlomerulonefrit) əsas morfoloji dəyişiklik kimi ilk növbədə bu immun komplekslərlə böyrəyin hansı struktur hissəsi zədələnir?
A) Yumaqcıq kapillyarlarının divarı (xüsusilə də bazal membran)
26
216. Göstərilən böyrək patologiyalarını aid olduqları qruplara görə yerləşdirin: I. Böyrəyin birincili büzüşməsi II. Böyrəyin ikincili büzüşməsi 1) Arteriolosklerotik nefroskleroz 2) Diabetik nefroskleroz 3) Nefritik nefroskleroz 4) Aterosklerotik nefroskleroz I II
C) 1,4; 2,3
27
242. Uşaqlıqdankənar hamiləlik başqa adla belə adlanır?
C) Ektopik
28
204. Böyrəyin ikincili büzüşməsi hansı patologiya zamanı baş verə bilər?
A) Xroniki pielonefrit
29
236. Qeyd olunan patoloji prosesləri aid olduqları xəstəliklərə görə qruplaşdırın: I. Şəkərli diabet II. Zob 1) Kapilyarların hialinozu və sklerozu 2) Hipertireoidizm 3) Kimmelstil-Vilson sindromu 4) Lipoidli nekroz 5) Ekzoftalm 6) Diarreya 7) Amiotrofiya 8) Diffuz seroz miokardit I II
B) 1,3,4,7; 2,5,6,8
30
224. Uzun müddət bronxektaziya xəstəliyindən əziyyət çəkən xəstədə böyrək çatışmazlığı inkişaf etmiş və o, uremiyadan ölmüşdür. Autopsiyada böyrək bir qədər böyümüş və sərtləşmiş, böyrək toxuması kəsikdə piyi xatırladır. Böyrəkdə ikincili olaraq hansı xəstəlik inkişaf etmişdir?
A) Böyrək amiloidozu
31
233. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə müxtəlif orqanlarda yaranan fibrinoz iltihabların səbəbi:
C) Toksik maddələrin qişalardan xaric olması
32
245. Mikroskopik (histoloji) xüsusiyyətlərindən asılı olaraq zobun forması:
B) Parenximatoz
33
205. “Aypara”şəkilli strukturlar hansı qlomerulonefritlər üçün xarakter morfoloji əlamət hesab edilir?
A) Yarımkəskin qlomerulonefrit
34
207. Böyrəkdə baş verən bu patologiyalardan biri klinikada kəskin böyrək çatışmazlığı ilə müşayiət olunur:
A) Nekrotik nefroz
35
201. Böyrək amiloidozunun inkişaf mərhələsi:
C) Nefrotik
36
240. Mastopatiyanın formasını göstərin:
A) Proliferativ
37
228. “Böyük piyli böyrək” böyrək amiloidozunun hansı mərhələsi üçün xarakterikdir?
D) Proteinuriya mərhələsi
38
244. Histoloji (mikroskopik) xüsusiyyətlərindən asılı olaraq zobun forması:
E) Kolloid
39
218. Qeyd olunan morfoloji terminləri aid olduqları xəstəliklərə görə qruplaşdırın: I. Qlomerulonefrit II. Qeyri-iltihabi qlomerulopatiyalar 1) Aypara strukturlar 2) Kiçik ayaqcıqların əriməsi 3) Lobulyar qlomerulonefrit 4) Tikancıqlar 5) Mezangial interpozisiya 6) Membranoz transformasiya I II
A) 1,3,5; 2,4,6
40
225. Hansı xəstəlikdə ikincili böyrək büzüşməsi inkişaf edir?
B) Qlomerulonefrit
41
213. 12 yaşlı uşağın böyrəyindən götürülmüş biopsiya materialının elektron-mikroskopik müayinəsi zamanı podositlərin kiçik ayaqcıqlarının destruksiyası aşkar olunmuşdur. Diaqnoz:
B) Lipoidli nefroz
42
219. Böyrəkdən götürülmüş materialın mikroskopik müayinəsində böyrək toxumasının interstitsiyasında limfosit və plazmatik hüceyrələrin diffuz infiltrasiyası, interstitsiyanın sklerozlaşması, kanalcığın distrofiyası və atrofiyası, kanalcıq mənfəzində homogen kütlələr görünür. Bu dəyişikliklər böyrəyin hansı patologiyası üçün xarakterikdir?
E) Xroniki tubulo-interstitsial qlomerulonefrit
43
229. Amiloidoz zamanı böyrəkdə baş verən dəyişikliklərin ardıcıllığını təyin edin: 1) “Böyük ağ amiloidli böyrək” 2) “Böyük piyli böyrək” 3) “Amiloidli büzüşmüş böyrək”
B) 2, 1, 3
44
232. Membranoz nefropatiya zamanı kapilyar divarında görünən "tikancıqları"ın elektron mikroskopik görünüşünü xarakterizə edin:
D) Mərkəzdə immun kompleks depozitlərdən, periferiyada bazal membran maddəsindən ibarətdir
45
230. “Qalxanabənzər böyrək” hansı xəstəlik nəticəsində yaranır?
D) Xroniki pielonefrit
46
221. Qeyd edilən patoloji əlamətləri müvafiq xəstəliklərə görə qruplaşdırın: 1) Kəskin qlomerulonefrit 2) Yarımkəskin qlomerulonefrit 3) Mezangial qlomerulonefrit 4) Fibroplastik qlomerulonefrit 5) Membranoz nefropatiya a) “Tikancıqlar” və “şişkinliklər” b) İmmunoqlobulin A-nefropatiya c) “Aypara” strukturlar d) Alabəzək böyrək e) Nefroskleroz 12345
D) d c b e a
47
243. Uşaqlıqdankənar hamiləliyin növünü göstərin:
B) Boru
48
220. Böyrək amiloidozu ilə ağırlaşan xəstəlik
B) Vərəm
49
246. Bu zob fizioloji immun baryerin pozulması nəticəsində həqiqi autoimmun xəstəlik kimi inkişaf edir:
E) Xaşimoto
50
249. Makroskopik xüsusiyyətlərinə görə zobun hansı növü göstərilmişdir?
E) Diffuz düyünlü zob
51
210. Kəskin qlomerulonefrit zamanı baş verən bu morfoloji və klinik-laborator dəyişikliklərin məntiqi inkişaf ardıcıllığını təyin edin: 1) Ödem 2) Hipoproteinemiya 3) Proteinuriya 4) Yumaqcıq kapilyarlarının divarının zədələnməsi
D) 4, 3, 2, 1