ログイン

tecili 3

tecili 3
87問 • 2年前
  • Onur Selcuk
  • 通報

    問題一覧

  • 1

    Aşağıdakı fikirlərdən hansı yanlışdır?

    E) Pacemaker və ya implant edilmiş defibrilyatoru olan xəstələrdə defibrilyasiya qətiyyən edilməz

  • 2

    Aşağıdakılardan hansı yanlışdır?

    E) Ortostatik hipotenziyanın səbəb olduğu başgicəllənmədə proxlorperazin və xlorpromazindən istifadə etmək tövsiyə olunur.

  • 3

    45 yaşında qadın xəstə bir neçə saat əvvəl yataqdan qalxarkən başlayan başgicəllənmədən şikayət edir. Xüsusən uzanmış halda başını sağ tərəfə çevirdikdə ürəkbulanma və başgicəllənmə olur. Başını tərpətmədikdə isə əlamətlər keçib gedir. Qulaqda cingilti və eşitmə itkisinin olmadığını deyən xəstənin yanaşı gedən xəstəliyi yoxdur. Zərərli vərdişləri yoxdur. Koordinasiya daxil nevroloji müayinəsi normal olan xəstənin Dix-Halpike manevri aparılarkən başı sağ tərəfə doğru çevirdikdə rotator nistaqm və digər şikayətlər 3 saniyəlik bir gecikmə ilə başlamış və 30 saniyə sonra keçib getmişdir. Xəstənin diaqnozu nədir?

    B) Xoşxassəli paroksimal pozisional vertiqo(XPPV)

  • 4

    68 yaşlı kişi çaşqınlıq və nitq pozğunluğu ilə Təcili Tibbi Yardıma müraciət edir. Xəstənin qızı deyir ki, xəstəni 2 saat əvvəl evində bu vəziyyətdə görüb, dünən o, normal hərəkət edirdi, qızdırma, qusma, ishal və baş ağrısı olmayıb, keçən ay həyat yoldaşı vəfat edəndən xəstənin iştahı pis olub. Xəstənin tibbi keçmişinə hemodializ, son mərhələdə olan böyrək çatışmazlığı, hipertoniya və hiperlipidemiya daxildir. Müayinə zamanı xəstənin hərarəti 37°C, A/t 150/90 mmHg, nəbz 104 vur/dəq, tənəffüs tezliyi 20 nəfəs/dəq, otaq havasında SpO2 99%, qlükoza səviyyəsi 45mq/dL (2,5mmol/L) təşkil edir. Xəstə danışa və bütün ətraflarını hərəkət etdirə bilir, lakin onun nitqi çaşqın və anlaşılmazdır. Aşağıdakılardan hansı bu xəstənin vəziyyəti üçün idarəetmədə ən uyğun növbəti addımdır?

    E) İV Qlükoza

  • 5

    Cincinnati Prehospital İnsult şkalasına daxildir: 1) Üzün sallanması (anormal: üzün bir tərəfi digər tərəf kimi yaxşı hərəkət etmir) 2) Qol sürüşməsi (anormal: bir qol hərəkət etmir və ya digər qol ilə müqayisədə aşağı sürüşür) 3). Anormal Nitq (pəltəklik, uyğun olmayan sözlər və ya danışa bilməmək) 4) Yaş >45 y 5) Qanda qlükoza 50-400 milliqram/dL

    1,2,3

  • 6

    İşemik insult diaqnozu qoyulmuş xəstə rtPA terapiyası üçün namizəddirsə, hədəf arterial qan təzyiqləri neçədir?

    E) sistolik qan təzyiq ≤185 mm Hg və diastolik qan təzyiqi ≤110 mm Hg

  • 7

    Rekombinant toxuma plazminogen aktivatoru (rtPA) tətbiq etməzdən əvvəl və ya trombektomiya gözləyən insult xəstələrində hipertenziyanın idarə edilməsi zamanı seçim preparatlar hansılardır? 1) İndapamid 2) Labetalol 3) Nikardipin 4) Spironolakton 5) Klevidipin

    2,3,5

  • 8

    Aşağıdakılardan hansı Kəskin İşemik İnsultda İV Alteplaza istifadəsi üçün xaric etmə kriteriyası deyil? (AHA/ASA 2018)

    E) Kəskin işemik insultun ölçülə bilən diaqnozu

  • 9

    San Fransisko sinkop risk qiymətləndirmə qaydasına daxil deyil:

    E) Yaş >45

  • 10

    Vertiqonun mərkəzi səbəbi deyil:

    C) Vestibulyar nevrit

  • 11

    Vertiqonun periferik səbəbi deyil:

    D) Vestibulyar miqren

  • 12

    TYŞ-də Kəskin işemik insult üçün təqdim olunan vaxt tövsiyələri(AHA/ASA): 1) İnsult komandasının aktivləşdirilməsi Gələndən dərhal sonra 2) Beyin görüntüləməsinin başlanması ≤20 dəqiqə 3) İV trombolitiklərin tətbiqi ≤90 dəqiqə (ikincili hədəf ≤60 dəqiqə) 4) Beyin görüntüləməsinin başlanması ≤40 dəqiqə 5) İV trombolitiklərin tətbiqi ≤60 dəqiqə (ikincili hədəf ≤45 dəqiqə)

    1,2,5

  • 13

    Anamnezində AF olan 80 yaşında qadın xəstə anidən başlayan baş ağrısı, qusma və yuxuya meyllilik şikayətləri ilə Təcili yardım şöbəsinə müraciət edir. A/t 160/90 mm. c. s. Orta dərəcədə sol ətrafların gücsüzlüyü və keyiməsi var. Suallara doğru cavab verir. Baş beyin KT müayinəsi sağ intraserebral hemorragiya olduğunu göstərir. İNR-1,9 Aşağıdakı müdaxilələrdən hansı xəstənin mortalitə riskini ən aza endirə bilər?

    C) Təzə dondurulmuş plazma və K vitamini istifadəsi

  • 14

    50 yaşında qadın xəstə 18 saat əvvəl velotrenajorda məşq zamanı qəfil başlayan şiddətli baş ağrısından şikayət edir. Ağrı əvvəlcə başın arxa hissəsində və boyunda başlamış, amma indi daha da şiddətlənmiş və yayılmışdır. Anamnezində hipertoniyası var. Zərərli vərdişi- siqaret çəkir. Hal hazırda vital əlamətləri stabildir. Obyektiv müayinə və baş beyin KT normaldır. Bu xəstəyə yanaşmada sonrakı addım necə olmalıdır?

    B) Onurğa beyni punksiyası

  • 15

    Anamnezində diabet və ürəkdöyünmə şikayəti olan 46 yaşlı qadın xəstə qəfil başgicəllənmə, müvazinətin pozulması, yeriyə bilməmə və qusma şikayətləri ilə Təcili yardım şöbəsinə müraciət edir. Neyroloji müayinədə ciddi gövdə və ətrafların ataksiyası mövcuddur. Baş beyin MRT müayinəsi sol beyincik infarktı və yüngül hidrosefaliya olduğunu göstərir. Reanimasiya şöbəsinə yatışının təşkil olunmasından başqa bu xəstənin müalicəsində ən vacib addım hansıdır?

    D) Neyrocərrah konsultasiyası

  • 16

    Aşağıdakılardan hansı Tranzitor İşemik Həmlədən (TİH) sonra insult riskinin artmasının göstərisicidir?(ABCD2 Tranzitor İşemik Həmlə Olan Xəstələrdə İnsult Riskinin Qiymətləndirilməsi üçün Şkala)

    E) Simptomların 10 dəqiqədən artıq davam etməsi

  • 17

    Xoşxassəli paroksimal pozisional vertiqo (XPPV) hansı manevr ilə müalicə edilə bilər?

    E) Qufoni

  • 18

    Aşağıdakılardan hansı Tranzitor İşemik Həmlədən (TİH) sonra insult riskinin artmasının göstərisici deyil?

    D) Yaş<60

  • 19

    İşemik insult diaqnozu qoyulmuş xəstələrdə trombolitiklərin və ya digər kəskin reperfuziya terapiyasının tətbiqi zamanı və sonra sistolik qan təzyiqi >180-230 mm Hg və ya diastolik qan təzyiqi >105-120 mm Hg olarsa hansı preparatın istifadəsi tövsiyə olunur?

    B) Labetolol

  • 20

    Skopolamin və ya antihistaminlərlə müalicəyə cavab verməyən xəstələrdə başgicəllənmənin simptomatik aradan qaldırılması üçün hansı qrup dərman maddələri göstərişdir?

    E) Ca kanal blokatorlar

  • 21

    Şokun müxtəlif formalarında baş verən hemodinamik dəyişikliklər zamanı hansı fikir yanlışdır?

    E) Hemorragik- Ön yük artır , Ümumi Damar Müqaviməti (ÜDM) artır, ürəyin atım fraksiyası artır

  • 22

    Obstruktiv şok səbəbi hansıdır?

    D) Pulmonar emboliya

  • 23

    Hipovolemik şok səbəbi hansıdır?

    E) Yanıqlar

  • 24

    Koronar arteriya xəstəliyi olan 67 yaşlı qadın 10 il əvvəl koronar şuntlama əməliyyatı keçirib. 2 gün davam edən təngnəfəslik və halının pisləşməsi şikayəti ilə təcili yardıma gətirilib. Son 2 gündür ki, yataq vəziyyətindədir. Sinəsində ağrısı və öskürəyi yoxdur. Arterial təzyiq-85/50 mm Hg, nəbz-125/dəq və tənəffüsün dəqiqəlik sayı- 24. Ağciyərlərin auskultasiyasında bazallarda ikitərəfli yaş xırıltılar eşidilir. Aşağı ətraflarda ikitərəfli 2+ ödem var. Diaqnoz nədir?

    C) Kardiogen şok

  • 25

    21 yaşlı gənci yolu keçərkən avtomobil vurub. Huşu aydındır, lakin sağ ayağın şiddətli ağrılarından şikayətlənir. A/t 85/50 mm civə sütunu, Ps 125, SpO2 95%, Tənəffüsün dəqiqəlik sayı 24. Hava yolu açıqdır, tənəffüs səsləri ikitərəfli bərabərdir, qarnı yumşaq və həssasdır. Sağ ayağı sol ayağından qısadır və budun ön hissəsində şişkinlik var. Açıq yara yoxdur. Ən çox ehtimal olunan diaqnoz hansıdır?

    E) Hipovolemik şok

  • 26

    Heç bir tibbi problemi olmayan 29 yaşlı qadın həyat yoldaşı ilə şam yeməyi yeyir. Naharın yarısında o, qollarını qaşımağa başlayır və həyat yoldaşı onun üzünün qızardığını görür. Qaşıntı güclənir və sinə ağrısı, nəfəs darlığı və başgicəllənmə hiss etməyə başlayır. Təcili yardım şöbəsinə gələndə çətinliklə danışa bilir. A/t 85/50 mm Hg, Ps dəqiqədə 125 , Tənəffüs hərəkətlərinin sayı dəqiqədə 26 və otaq havasında SpO2 91% təşkil edir. Ən çox ehtimal olunan diaqnoz hansıdır?

    D) Anafilaktik şok

  • 27

    Massiv transfuziya protokolunun aktivləşdirilməsi üçün göstərişlər hansılardır? 1) zədədən sonrakı ilk 24 saat ərzində >10 U (unit) qan ehtiyacı 2) zədədən sonrakı ilk saatlarda >4 U qan ehtiyacı 3) zədədən sonra davam edən aktiv qanaxma (Məs. >200mL/saat hemotoraks zamanı drenajdan gələn qan) 4) Arteril təzyiq 95/55 mm. c. s. olarsa 5) Hemoglobin konsentrasiyası >7 qram/dL (>70 qram/L) olarsa 6) GKŞ 8-10 arası olarsa

    1,2,3

  • 28

    Hemorragik şoka yanaşmada hansı fikir yanlışdır?

    D) böyüklərdə 2 l izotonik maye köçürülməlidir

  • 29

    II mərhələ hemorragik şokun meydana çıxması üçün nə qədər qan itkisi olmalıdır?

    B) 750-1500 ml

  • 30

    III mərhələ hemorragik şokun meydana çıxması üçün neçə ml qan itkisi olmalıdır?

    C) 1500-2000

  • 31

    Travma xəstəliyində qanaxma zamanı traneksam turşusunun düzgün istifadə qaydası

    E) ilk 3 saatda-1q iv 10 dəqiqəyə, sonrakı 8 saat ərzində 1q iv

  • 32

    Septik şoku olan xəstədə infeksion amil müəyyən edilmədikdə ilkin rasional empirik seçim preparatları:

    E) vankomisin + beta-laktamaza inhibitoru

  • 33

    B) vankomisin + IV nəsil sefalosporinlər

  • 34

    Septik şok vəziyyətində ilkin rehidratasiyada nə istifadə edilməlidir?

    B) kristalloidlər

  • 35

    Yaranma mexanizminə görə şok neçə kateqoriyada təsnif edilir?

    4

  • 36

    Kəskin aorta diseksiyasında A/t üçün ideal terapevtik hədəf müraciətin ilk saatında sistolik qan təzyiqinin neçə mm. c. s. olmasıdır?

    D) 100-120

  • 37

    20 yaşında qadın xəstə həyatında ilk dəfə kokain qəbul etdikdən sonra başlayan təşviş hissi və taxikardiya şikayətləri ilə Təcili yardım şöbəsinə müraciət edir. Baş ağrısı, sinə ağrısı və nəfəs darlığı şikayətləri yoxdur. A/t 224/122 mm. c. s. P/s 110/dəq, Tənəffüs hərəkətlərinin sayı 22, Temperatur 37. 1 c, Spo2 100 % otaq havasında. Xəstənin həyəcanlı və tərli olmasından başqa digər fiziki müayinələri normaldır. Aşağıdakılardan hansı ilkin müalicə üçün seçim preparatıdır

    D) Benzodiazepinlər

  • 38

    Hamilələrdə preeklampsiya və eklampsiya zamanı hipertonik krizlərdə hansı preparat əks göstərişdir?

    E) AÇF inhibitorları

  • 39

    Kokain və ya amfetamin istifadəsinə bağlı hipertonik krizlərdə ilk seçim preparatı hansıdır

    E) Lorazepam

  • 40

    Feoxromositomaya bağlı hipertenziyalar zamanı ilk seçim preparatı hansıdır?

    E) Fentolamin

  • 41

    A/t 180/100 mm. c. s. olan xəstənin KT müayinəsində aortanın diseksiyası aşkarlanmışdır. Xəstəyə hipertenziya üçün verilə biləcək ən uyğun müalicə hansıdır? A) Nitroqliseri

    C) Esmolol

  • 42

    Kontrolsuz hipertoniyası olan 45 yaşlı kişi xəstə 2 gündür getdikcə artan başağrısı, çaşqınlıq və görmə pozğunluğu şikayətləri ilə təcili yardım şöbəsinə müraciət edir. A/t 230/132 mm. c. s. , Ps 90/dəq, Tənəffüsün dəqiqəlik sayı-20, temp 37dərəcə, SpO2 -98% otaq havasında. Obyektiv müayinədə ənsə sərtliyi yoxdur. Ağciyərlər və abdomen auskultasiyası normaldır. Neyroloji müayinədə fokal defisit yoxdur. Kokain, amfetamin və fensiklidin üçün göndərilən toksikoloji panel neqativdir. Göz dibi müayinəsi aşağıda verilmişdir. Aşağıdakılardan hansı bu xəstə üçün müalicədə əks göstərişdir?

    D) Nifedipin

  • 43

    Aşağıdakılardan hansı hipertenziv təcili hallarda per os istifadə edilməli olan preparatdır?

    B) Kaptopril

  • 44

    Antihipertenziv dərmanlara aiddir:

    E) AÇF inhibitorları

  • 45

    Eklampsiya və preeklampsiyada hipertonik krizlər zamanı ilk saatda sistolik qan təzyiqi hədəfi:

    E) <140 mm. c. s.

  • 46

    Esensial hipertenziyası olan xəstə quru öskürək, dəri səpgiləri və angionevrotik ödem şikayətləri ilə Təcili yardım şöbəsinə müraciət edib. Dediyinə görə, 1 həftə öncə yeni antihipertenziv dərman qəbuluna başlayıb. Aşağıdakı hansı preparat bu şikayətlərə səbəb ola bilər?

    E) Lizinopril

  • 47

    Aşağıdakı antihipertenziv dərmanlardan hansında müalicənin qəfil dayandırılmasına bağlı olaraq hipertonik kriz (rebaund hipertenziya) meydana gələ bilər?

    D) Klonidin

  • 48

    40 yaşında evsiz sərxoş xəstə ayağında keyimə şikayəti ilə Təcili yardım şöbəsinə müraciət edir. Külək olduğu üçün (havanın temperaturu donma dərəcəsinə yaxındır, son beş gündür ki davamlı yağış yağır) gecəni drenaj kanalında keçirib. Ayağı solğun və uyuşmuş görünür. Yenidən isitmədən sonra şiddətli yanma ağrısı meydana çıxdı. Ən çox ehtimal olunan diaqnoz hansıdır?

    E) Xəndək ayağı

  • 49

    Aşağıdakılardan hansı yüksək voltajlı elektrik vurmalarının ağırlaşması deyil?

    E) Lixtenberq fiqurları

  • 50

    37 yaşlı kişi futbol meydançasında ildırım vurmadan sonra Təcili yardım komandası tərəfindən sürətli resustasiya edildi. Bu xəstədə rast gəlmə ehtimalı ən az olan hansıdır?

    E) Kompartman sindromu

  • 51

    . Aşağıdakı dərmanlardan hansı yüngül və orta dərəcəli Kəskin dağ xəstəliyinin müalicəsi üçün ən uyğun seçimdir?

    B) Asetazolamid

  • 52

    Aşağıda verilən suda boğulan xəstələrdən hansı ən yaxşı proqnoza malikdir?

    D) Qısa bir dalış sonrası buzlu göldən çıxarılan və heç bir resustasiyaya ehtiyacı olmayan 8 yaşındakı uşaq

  • 53

    Amerika Yanıq Assosiasiyasının təklif etdiyi “Yanıq şöbəsinə yönləndirmə kriteriyaları”na aid olanlar hansılardır? 1) İstənilən yaş qrupunda tam qalınlıq/üçüncü dərəcəli yanıqlar 2) Qismən qalınlıqda bədən səthinin <10% yanıqları 3) Üz, əllər, ayaqlar, cinsiyyət orqanları, perineum və ya böyük oynaqları əhatə edən yanıqlar

    E) 1,3

  • 54

    40% ikinci və üçüncü dərəcəli yanıqlarla 70 kq çəkisi olan xəstə üçün Parkland Formulu ilə ehtiyac olan sutkalıq mayenin miqdarını hesablayın:

    E) 11. 200 mL

  • 55

    Kimyəvi yanıqlar haqda hansı fikir yanlışdır?

    E) Turşular qələvilərdən daha çox toxuma zədələnməsinə səbəb olur

  • 56

    Yüksək hündürlük sindromlarına aid deyil:

    C) Barotravma

  • 57

    Suda boğulma ilə Təcili Yardım Şöbəsinə müraciət edən xəstələrdə GKS >13 və oksigen saturasiyası ≥95% olduqda belə xəstələrin neçə saat ərzində müşahidə edilməsi kifayətdir?

    E) 4-6

  • 58

    37 yaşlı qadın bulanıq görmə ilə təcili yardım şöbəsinə müraciət edir. Onun görmə qabiliyyəti təxminən 2 aydır tədricən pisləşir. O, göz ağrısı və ya birbaşa göz travmasını inkar edir. Dediyinə görə, 2 ay əvvəl qolf oynayarkən ildırım vurub və dərhal TYŞ müraciət edib, lakin heç bir xəsarət aşkarlanmayıb. Onun görmə qabiliyyətinin azalmasının ən çox ehtimal olunan səbəb nədir?

    D) Katarakta

  • 59

    22 aylıq uşaq valideynləri tərəfindən elektrik kabelini çeynəyərkən tapıldıqdan sonra təcili yardım şöbəsinə gətirilir. Onun dodaqlarında və ağız boşluğunda kiçik yanıqlar var. Evə yazıldıqdan sonra valideynlərə Təcili Yardım Şöbəsinə geri dönmə səbəbi kimi hansı vəziyyət barədə xəbərdarlıq edilməlidir?

    D) Gecikmiş labial arterial qanaxma

  • 60

    Elektrik xəsarətləri zamanı 24 saat ərzində fasiotomiya ehtiyacı üçün proqnozlaşdırıcı amillər: 1) mioqlobinuriya 2) ümumi bədən səthinin 20%-dən az hissəsini əhatə edən yanıqlar 3) bədən səthinin 12%-dən az hissəsini əhatə edən tam qat yanıq sahəsi 4) ümumi bədən səthinin 20%-dən çox hissəsini əhatə edən yanıqlar 5) bədən səthinin 12%-dən çox hissəsini əhatə edən tam qat yanıq sahəsi

    1,4,5

  • 61

    Hansı fikir yanlışdır?

    D) Pernio olan xəstələr əksər hallarda stasionarda müalicə olunurlar.

  • 62

    Torlu qişada qanaxmalar hansı yüksəkliklərdə olan insanlarda tez-tez rast gəlinir?

    D) >5000 m

  • 63

    Səthi yanıqlar üçün xarakterik xüsusiyyətlər: 1) Yalnız dərinin epidermal təbəqəsini əhatə edir 2) Yanmış dəri hiperemiyalıdır, ağrılıdır və bulla yoxdur. 3) Dəridə bullalar yaranır, zədələnmiş dəri hiperemik və nəmlidir 4) Yanıq sahəsinin rəngi parlaq deyil, kapilyar geri dolma gecikmişdir və ağrı hissi yoxdur 5) Yalnız simptomatik müalicə tələb olunur.

    1,2,5

  • 64

    Kimyəvi yanıqlar zamanı toxumaların zədələnməsinə təsir edən amillərə aid deyil

    E) Komorbid xəstəliklər

  • 65

    Pannikulit üçün yanlış fikir hansıdır?

    E) Diaqnoz ambulator müayinə zamanı soyuq su testi ilə təsdiqlənə bilər

  • 66

    Donmanın dərəcəsinə görə klassifikasiyasına əsasən uyğunluğu müəyyən edin: 1) I dərəcə donma 2) II dərəcə donma 3) III dərəcə donma 4) IV dərəcə donma a) Dərinin bütün qalınlığını əhatə edən toxuma itkisi; hemorragik suluqlar b) Ödem və eritema ilə əhatə olunmuş dəri suluqları c) Keyimə, eritema, mərkəzi solğun olan ödem, qabıqlanma, dizesteziya d) Dərinin bütün qatlarının, həmçinin daha dərin strukturların zədələnməsi, nəticədə müəyyən bir nahiyənin nekrozu

    C) 1-c; 2-b; 3-a; 4-d

  • 67

    Lake Louise Kəskin Dağ Xəstəliyi (KDX) zamanı hansı simptom nəzərə alınmır?

    C) Arterial təzyiqin dəyişməsi

  • 68

    Yüksək hündürlükdə beyin ödeminin (YHBÖ) proqressivləşməsinin göstəricisi:

    E) Ataksiya

  • 69

  • 70

    4. Kəskin dağ xəstəliyinin profilaktikası üçün sulfanilamidə allergiyası olan insanlar üçün asetazolamidə alternativ dərman hansıdır?

    E) Dexametazon

  • 71

    Kəskin dağ xəstəliyinin profilaktikası üçün Asetazolamid hündürlüyə qalxmadan neçə gün əvvəl başlanır?

    1

  • 72

    . Kəskin dağ xəstəliyinin profilaktikası üçün Asetazolamid hündürlüyə qalxma zamanı və ən yüksək hündürlüyə çatdıqdan sonra ən azı neçə saat davam etdirili

    48

  • 73

    Bir gündür ki, dağa qalxmağa davam edən 28 yaşlı alpinist poliuriya şikayəti ilə komandanın heyətindəki həkimə müraciət edir. Dediyinə görə, şikayətləri bir neçə saatdır başlayıb. İndiyə qədər bilinən bir xəstəliyi yoxdur. Aşağıdakılardan hansı bu alpinist üçün həkimin ən birinci ehtimal edə biləcəyi səbəbdir?

    D) Profilaktik asetazolamid qəbulu

  • 74

    Aşağıdakılardan hansı zəhərlənmələr zamanı eliminasiyanın artırılması üsuluna aiddir?

    E) Sidiyin qələviləşdirilməsi

  • 75

    Səbəbi bilinməyən huş pozulması olan xəstələrdə aşağıdakılardan hansı dəstəkləyici müalicə üçün tətbiq olunmur?

    D) N-asetilsistein

  • 76

    Zəhərlənmiş xəstədə resusitasiya zamanı tətbiq olunan ilkin yanaşma hansıdır?

    E) ABCDE

  • 77

    Oroqastrik lavajın fəsadlarına aiddir:

    E) Aspirasion pnevmoniya

  • 78

    Aşağıdakılardan hansı zəhərlənmələr zamanı ekstrakarporal xaricetmə üsullarına aiddir?

    D) Hemodializ

  • 79

    Zəhərlənmələr zamanı bütün bağırsağın irriqasiyası prosesində istifadə edilən məhlul hansıdır?

    E) Polietilenqlikol

  • 80

    Aşağıdakılardan hansı asetominofenin antidotudur?

    D) N-asetilsistein

  • 81

    Antixolinergik toksidrom zamanı ciddi delirium hallarında istifadə olunan əsas preparat hansıdır?

    D) Fizostiqmin

  • 82

    Opioidlərin antidotu hansıdır?

    C) Naloksan

  • 83

    Antixolinergik toksidrom əmələ gətirən dərman qruplarından biridir:

    E) Antihistaminlər

  • 84

    Antixolinergik toksidromun əlamətlərinə aid deyil:

    E) İshal

  • 85

    Aşağıdakılardan hansı xolinergik təsirli dərman qruplarına aiddir:

    D) Asetilxolin

  • 86

    Xolinergik toksidromun müalicəsində isitfadə olunan antidot hansıdır:

    B) Atropin

  • 87

    2. Xolinergik toksidromun əlamətlərinə aiddir:

    E) Hipersalivasiya

  • yoluxucu

    yoluxucu

    Onur Selcuk · 70問 · 2年前

    yoluxucu

    yoluxucu

    70問 • 2年前
    Onur Selcuk

    yoluxucu 70-140

    yoluxucu 70-140

    Onur Selcuk · 72問 · 2年前

    yoluxucu 70-140

    yoluxucu 70-140

    72問 • 2年前
    Onur Selcuk

    yoluxucu 140-210

    yoluxucu 140-210

    Onur Selcuk · 69問 · 2年前

    yoluxucu 140-210

    yoluxucu 140-210

    69問 • 2年前
    Onur Selcuk

    barsaaaak

    barsaaaak

    Onur Selcuk · 98問 · 2年前

    barsaaaak

    barsaaaak

    98問 • 2年前
    Onur Selcuk

    MAMALIQ İLK 70

    MAMALIQ İLK 70

    Onur Selcuk · 72問 · 2年前

    MAMALIQ İLK 70

    MAMALIQ İLK 70

    72問 • 2年前
    Onur Selcuk

    mamalıq 70-140

    mamalıq 70-140

    Onur Selcuk · 71問 · 2年前

    mamalıq 70-140

    mamalıq 70-140

    71問 • 2年前
    Onur Selcuk

    mamalıq 140-210

    mamalıq 140-210

    Onur Selcuk · 79問 · 2年前

    mamalıq 140-210

    mamalıq 140-210

    79問 • 2年前
    Onur Selcuk

    mamalıq 220-300

    mamalıq 220-300

    Onur Selcuk · 84問 · 2年前

    mamalıq 220-300

    mamalıq 220-300

    84問 • 2年前
    Onur Selcuk

    mamalıq 300

    mamalıq 300

    Onur Selcuk · 43問 · 2年前

    mamalıq 300

    mamalıq 300

    43問 • 2年前
    Onur Selcuk

    Dahili ilk 70

    Dahili ilk 70

    Onur Selcuk · 84問 · 2年前

    Dahili ilk 70

    Dahili ilk 70

    84問 • 2年前
    Onur Selcuk

    dahili 80-160

    dahili 80-160

    Onur Selcuk · 82問 · 2年前

    dahili 80-160

    dahili 80-160

    82問 • 2年前
    Onur Selcuk

    dahili 160-240

    dahili 160-240

    Onur Selcuk · 20問 · 2年前

    dahili 160-240

    dahili 160-240

    20問 • 2年前
    Onur Selcuk

    nefro

    nefro

    Onur Selcuk · 69問 · 2年前

    nefro

    nefro

    69問 • 2年前
    Onur Selcuk

    ilk 60

    ilk 60

    Onur Selcuk · 69問 · 2年前

    ilk 60

    ilk 60

    69問 • 2年前
    Onur Selcuk

    60-120

    60-120

    Onur Selcuk · 56問 · 2年前

    60-120

    60-120

    56問 • 2年前
    Onur Selcuk

    120 ve sonraı

    120 ve sonraı

    Onur Selcuk · 51問 · 2年前

    120 ve sonraı

    120 ve sonraı

    51問 • 2年前
    Onur Selcuk

    ofto ilk 50

    ofto ilk 50

    Onur Selcuk · 49問 · 2年前

    ofto ilk 50

    ofto ilk 50

    49問 • 2年前
    Onur Selcuk

    ofto 50-100

    ofto 50-100

    Onur Selcuk · 53問 · 2年前

    ofto 50-100

    ofto 50-100

    53問 • 2年前
    Onur Selcuk

    100-150

    100-150

    Onur Selcuk · 84問 · 2年前

    100-150

    100-150

    84問 • 2年前
    Onur Selcuk

    tecili ilk 70

    tecili ilk 70

    Onur Selcuk · 83問 · 2年前

    tecili ilk 70

    tecili ilk 70

    83問 • 2年前
    Onur Selcuk

    tecili 2

    tecili 2

    Onur Selcuk · 75問 · 2年前

    tecili 2

    tecili 2

    75問 • 2年前
    Onur Selcuk

    tecili 4

    tecili 4

    Onur Selcuk · 83問 · 2年前

    tecili 4

    tecili 4

    83問 • 2年前
    Onur Selcuk

    tecili son

    tecili son

    Onur Selcuk · 44問 · 2年前

    tecili son

    tecili son

    44問 • 2年前
    Onur Selcuk

    VEREM 1

    VEREM 1

    Onur Selcuk · 100問 · 1年前

    VEREM 1

    VEREM 1

    100問 • 1年前
    Onur Selcuk

    VEREM2

    VEREM2

    Onur Selcuk · 99問 · 1年前

    VEREM2

    VEREM2

    99問 • 1年前
    Onur Selcuk

    VEREM 3

    VEREM 3

    Onur Selcuk · 50問 · 1年前

    VEREM 3

    VEREM 3

    50問 • 1年前
    Onur Selcuk

    VEREM4

    VEREM4

    Onur Selcuk · 70問 · 1年前

    VEREM4

    VEREM4

    70問 • 1年前
    Onur Selcuk

    VEREM 5

    VEREM 5

    Onur Selcuk · 67問 · 1年前

    VEREM 5

    VEREM 5

    67問 • 1年前