暗記メーカー
ログイン
Maliyə1
  • Gunel Hesenova

  • 問題数 100 • 6/15/2024

    記憶度

    完璧

    15

    覚えた

    35

    うろ覚え

    0

    苦手

    0

    未解答

    0

    アカウント登録して、解答結果を保存しよう

    問題一覧

  • 1

    99. Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

    MHBS 16 “Əsas vəsaitlər”

  • 2

    69. Qeyri-maddi aktivlər necə uçot obyektidir?

    Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən

  • 3

    65. Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər

    Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi

  • 4

    49. Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun:

    aktivlərin azalması və öhdəliklərin artmasını

  • 5

    4. Kommersiya müəssisəsinə aid deyil:

    Öz sahibləri üçün daha çox pul vəsaitləri yaratmaq məqsədilə pul vəsaitlərini resurslara (məsələn: tikililərə, maşın və qurğulara, işçilərə) investisiya etmir

  • 6

    51. Qeyri-maddi aktivlərə aiddir?

    Lisenziya

  • 7

    14. Əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

    Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb

  • 8

    88. Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

    Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər

  • 9

    50. Uzunmüddətli maddi aktivləri aşağıdakı qruplara ayırmaq olar

    Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar

  • 10

    46. Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın Kreditində əks etdirilir.

    601 “Satış”

  • 11

    27. Mühasibat uçotunun mahiyyəti nədən ibarətdir?

    Mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyata alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir

  • 12

    91. Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

    MHBS 36 “Aktivlərin qymətdən düşməsi”

  • 13

    95. Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

    113 - 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar

  • 14

    60. Əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

    Dəyərin silinməsi

  • 15

    42. Mühasibat hesabatının hansı növləri var.

    aylıq, rüblük və illik

  • 16

    2. Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

    maliyyə və idarəetmə

  • 17

    83. Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənlməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

    Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 204 “Hazır məhsul”

  • 18

    74. Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırsa Aktivləri nə qədərdir?

    1400000

  • 19

    25. İnformasiya o zaman münasib hesab olunur ki, o;

    iqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun

  • 20

    44. Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

    Aktivlər=Öhdəliklər+Xüsusi kapital

  • 21

    29. Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

    Müəyyən dövr ərzindəki gəlirlər və xərclər

  • 22

    23. Təqdim edilən maliyyə hesabatlarının keyfiyyətinə təsir edən amillər hansılardır.

    etibarlılıq, tamlıq, neytrallıq

  • 23

    45. Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

    Xüsusi və cəlb edilmiş

  • 24

    75. Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

    təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi

  • 25

    31. Mühasibat uçotunun hesablar planı nəyi əks etdirir?

    iqtisadi məzmununa ğörə mühasibat hesablarının qruplaşmasını

  • 26

    36. İki hesabın qarşılıqlı əlaqəsi necə adlanır?

    İkili yazılış

  • 27

    37. Sadə mühasibat yazılışı nəyə deyilir

    bir hesabın debetində digər hesabın kreditində aparılan yazılışa

  • 28

    52. Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

    Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

  • 29

    18. Yoxlama balansı aşağıdakı məqsəd üçün hazırlanmır:

    Gələcəyi praqnoz etmək üçün

  • 30

    63. Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

    24000 manat

  • 31

    73. Xərclər hansı hesabatın tərkibində tanınır?

    mənfəət və zərər haqqında hesabatda

  • 32

    53. Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

    Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği

  • 33

    40. Qalıq balansı müəssisə aktivlərini əks etdirir

    hesabat dövrünün sonuna

  • 34

    81. Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır.

    birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolayı (üstəlik) istehsal xərcləri;

  • 35

    98. 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

    55000 manat məbləğində xaricolmadan olan zərər

  • 36

    71. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

    Uzunmüddətli investisiyalara

  • 37

    48. Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvdir:

    Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur

  • 38

    68. Hansı vəsait dövriyyə aktivlərinə aiddir:

    pul vəsaitləri, debitor borcları, ehtiyatlar

  • 39

    94. Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

    Kassa mədaxil və məxaric orderləri

  • 40

    26. İnformasiya nə zaman münasib hesab olunur?

    Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman

  • 41

    17. Xüsusi kapitalın daha dəqiq təsvirini seçin:

    Aktivlər-Öhdəliklər

  • 42

    38. Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin:

    alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur

  • 43

    24. Əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

    Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir

  • 44

    34. İkili yazılış üsulu hansı məqsədlər üçün istifadə edilir?

    təsərrüfat əməliyyatlarını əks etdirmək üçün

  • 45

    61. Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

    MHBS 16 “Əsas vəsaitlər”

  • 46

    39. Mühasibat balansında göstərilən bərabərlikdən hansıları mütləqdir?

    balansın aktiv və passivinin yekunlarının bərabərliyi (balansın valyutası)

  • 47

    87. Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir.

    dəyişən və daimi xərclərə

  • 48

    70. Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

    Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə

  • 49

    100. Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

    MHBS 36 “Aktivlərin qymətdən düşməsi”

  • 50

    97. Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

    satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər

  • 51

    55. Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

    Xətti metod

  • 52

    33. Hesabların müxabirləşməsi aşağıdakılar arasında əlaqəni təmin edir

    bir hesabın debeti və digər hesabın krediti

  • 53

    93. Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

    Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ

  • 54

    56. İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

    Torpaq

  • 55

    21. Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

    Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə

  • 56

    7. Fərdi ticarətçilər

    özləri üçün işləyən insanlardır

  • 57

    57. Əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

    Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin

  • 58

    41. Mühasibat balansının əsas növlərini sadalayın

    Dövrü, illik, giriş, bölüşdürücü, sağlamlaşdırıcı, ləğv edici, icmal

  • 59

    3. Mühasibat uçotu hansı vəzifələri yerinə yetirir?

    informasiya formalaşması, nəzarət və analitik vəzifələr

  • 60

    28. Mühasibat informasiyasının faydalılığı hansı əlamətlərinə görə səciyyələnir?

    dəyərli, etibarlı

  • 61

    20. Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

    İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə

  • 62

    43. Mühasibat balansının tanınmasını tam xarakterizə et:

    Mühasibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur

  • 63

    90. Əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

    Baş verdikcə xərclərə silinir

  • 64

    62. Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

    Dt 121 “Daşınmaz əmlaka investisiyalar - Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

  • 65

    8. Partnyorluqlar

    iki və ya daha çox insanın birlikdə bizneslə məşğul olmaq qərarını verdiyi anda yaranır.

  • 66

    85. Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırsa, aktivləri nə qədərdir?

    80000

  • 67

    59. Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

    Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər

  • 68

    5. Kommersiya müəssisələrinin neçə əsas növü var?

    3

  • 69

    76. Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

    birbaşa və dolayı xərclərə

  • 70

    35. Hesabların quruluşu üzrə təsnifatı aşağıdakı məqsədə xidmət edir.

    hesablar üzrə dövriyyələrin və qaliqların əhəmiyyətini başa düşmək ücün

  • 71

    54. Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

    Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına

  • 72

    72. Hansı aktivlər çətin realizə olunan aktivlərə aiddir?

    uzunmüddətli maddi aktivlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşu, bitməmiş istehsal

  • 73

    82. Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

    Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

  • 74

    9. Məhdud məsuliyyətli cəmiyyətlər

    öz sahiblərini (səhmdarlarını) «məhdud məsuliyyətlə» təmin etmək məqsədilə yaradılır.

  • 75

    84. Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

    Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları

  • 76

    86. Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırsa, öhdəlikləri nə qədərdir?

    40000

  • 77

    80. Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?

    500000

  • 78

    89. Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

    Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

  • 79

    58. Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

    Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcminin dəyişməsinə

  • 80

    79. Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasbat yazılışı ilə rəsmləşdirilir:

    Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

  • 81

    92. Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

    Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır

  • 82

    64. Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

    D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»

  • 83

    47. Satılmış malların maya dəyəri ehtiyatların fasiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

    Birbaşa satış zamanı

  • 84

    10. Konseptual əsaslara uyğun olaraq balans hesabatının elementlərinə aid edilir:

    aktivlər, öhdəliklər, kapital

  • 85

    32. Mühasibat hesabları hansı məqsədlə təsnifləşdirilir?

    Hesabları müəyyən nişanələr üzrə nizama salmaq üçün

  • 86

    78. Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?

    Satılmış malın maya dəyəri

  • 87

    66. Qeyri-maddi aktivlər uzunmüddətli maddi aktivlərdən nə ilə fərqlənir?

    Maddi-əşya formasının olmaması ilə

  • 88

    12. Mühasibat (maliyyə) informasiyasından istifadə edənləri təyin edin.

    işgüzar təmas qrupu, analitik məsləhətçilər, qrupu investorlar, borc verənlər

  • 89

    96. Aktivin qalıq dəyəri nəyə bərabərdir?

    Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə

  • 90

    22. Müəssisənin fəaliyyətinin fasiləsizliyi dedikdə nə başa düşülür?

    müəssisə öz fəaliyyətini gələcəkdə də davam etdirəcəkvə ləğv olunması nəzərdə tutulmur

  • 91

    77. Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

    iqtisadi elementlər üzrə xərclərin

  • 92

    1. Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

    Maliyyə, idarəetmə, vergi uçotu

  • 93

    30. Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər:

    kassa, hesablaşma və kredit əməliyyatları

  • 94

    13. Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

    Kreditorlar

  • 95

    67.Hansı aktivlər əsas kapitala aiddir:

    torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, daşınmaz əmlaka investisiyalar

  • 96

    16. Təşkilatın xüsusi kapitalının tərkibini açıqla:

    Nizamnamə kapitalı, əlavə kapital, bölüşdürülməyən mənfəət, ehtiyat kapitalı, məqsədli maliyyələşmə

  • 97

    11. Mənfəət və zərərlər haqda hesabatın elementlərinə aiddir

    gəlirlər və xərclər

  • 98

    15. Mənfəət nə vaxt yaranır?

    Gəlirlər > Xərclər

  • 99

    6. Kommersiya müəssisələrinin əsas növünə aid deyildir?

    Dövlət

  • 100

    19. Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

    Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri