問題一覧
1
Azərbaycan Respublikasının ərazisinə daxil olan və bir aya qədər qalan, mühərrikinin həcmi 2000 kub santimetrədək olan xarici dövlətlərin minik avtomobilləri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman hansı məbləğdə yol vergisi ödənilməlidir?
15 ABŞ dolları
2
Təbii qaz üçün mədən vergisi onun topdansatış qiymətinin neçə faizidir?
20%
3
Yerin təkindən çıxarılan sement xammalına (əhəng daşı, meqrel, gil, vulkan külü) görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?
hər kub metr üçün 1 manat
4
Bakı, Gəncə, Sumqayıt şəhərləri, Abşeron rayonu və rayon tabeliyində olan şəhərlər istisna olmaqla, digər şəhərlərin rayon mərkəzlərinin ərazisində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin, hər 100 kvadrat metrinə görə (10000 kvadrat metrədək olduqda) torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
4 manat
5
Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən Vergi Məcəlləsində müəyyən edilmiş vergi tutulduqdan sonra nə vaxt büdcəyə keçirilir?
bir bank günü müddətində
6
Fiziki şəxslər üçün torpaq vergisinin vergitutma obyekti dedikdə nə başa düşülür?
Azərbaycan Respublikasın ın qanunvericiliy müvafiq qaydada mülkiyyətə və ya istifadəyə verilən torpaq sahələri
7
Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında hansı müddət ərzində uçota durmalıdırlar?
bir ay müddətində
8
Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, habelə xəz-dəri məmulatları istisna olmaqla) aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?
Nazirlər Kabineti
9
Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada gəlir vergisinə cəlb edilir?
1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
10
Müvafiq orqanlar tərəfindən hər il hansı tarixədək fiziki şəxslərə torpaq vergisi hesablanılır?
hər il may ayının 15-dək
11
Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına mədən vergisi hansı göstəriciyə tətbiq edilməklə müəyyənləşdirilir?
faydalı qazıntıların topdansatış qiymətinə
12
Fiziki şəxslərin torpaq vergisi (kənd təsərrüfatı təyinatlı torpaqlara görə torpaq vergisi istisna olmaqla) hara ödənilir?
yerli büdcəyə (bələdiyyə büdcəsinə)
13
Azərbaycan Respublikasında istehsal olunan neft mehsullarına aksiz dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?
Nazirlər Kabineti
14
Müəssisələr üçün torpaq vergisinin vergitutma obyekti dedikdə nə başa düşülür?
Azərbaycan Respublikasın ın ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri
15
Yerin təkindən çıxarılan bentonit gillərinə görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?
hər kub metr üçün 1 manat
16
Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
mükafatların 4000 manatdan çox olan hissəsindən vergi tutulur
17
Fərdi istehlak üçün idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın bir ədədinin miqdarı 1,5 karat olduqda, tətbiq edilən aksizin məbləğini göstərin:
1200 manat
18
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği neçə manat azaldılır?
10 manat məbləğində
19
Müvafiq orqanlar tərəfindən hər il iyulun 1- dək fiziki şəxslərə hesablanan torpaq vergisi üzrə tədiyə bildirişləri hansı tarixdən gec olmayaraq onlara çatdırılır?
avqustun 1- dən gec olmayaraq
20
Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə neçə il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar?
7 il müddətinə
21
Alimentlər gəlir vergisinə hansı qaydada cəlb edilir?
gəlir vergisindən azaddır
22
Əmanətlərin Sığortalanması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?
Vergi tutulmur
23
Azərbaycan Respublikasının ərazisinə daxil olan və üç aya qədər qalan, mühərrikinin həcmi 4000 kub santimetrdən çox olan xarici dövlətlərin minik avtomobilləri üçün hansı məbləğdə yol vergisi ödənilməlidir?
120 ABŞ dolları
24
Fiziki şəxs fərdi istehlakı üçün neçə karat almaz aksiz vergisi ödənilmədən idxal edə bilər?
0,5
25
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların yaşayış sahələrinin hansı hissəsindən əmlak vergisi tutulmur?
30 kvadratmetrə dək olan hissəsindən
26
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalardan əmlak vergisi necə hesablanır?
onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrd ən artıq olan hissəsinin) hər kvadratmetri nə görə
27
Azərbaycan Respublikasında istehsal olunan arağa [vodkaya], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi nə qədərdir?
hər litrinə 4 manat
28
Şəhər və rayon yarışlarında və müsabiqələrində pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
29
Torpaq vergisi hansı məbləğlərdə və hansı tarixlərindən gec olmayaraq ödənilir?
bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq
30
Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 3000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?
600 manat +mühərrikini n həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə - 5 manat
31
Filiz faydalı qazıntılar (bütün növ metallar) üçün mədən vergisi onların topdansatış qiymətinin neçə faizidir?
3%
32
Müəssisələr əsas vəsaitlərə görə əmlak vergisini hansı dərəcə ilə ödəyirlər?
onların vergi tutulan dəyərindən 1 faiz dərəcəsi ilə
33
Azərbaycan Respublikasında istehsal olunan şampan şərabına tətbiq olunan aksizin dərəcəsi aşağıdakılardan hansıdır?
1 litrinə 5,1 man
34
Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?
əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
35
Fiziki şəxs fərdi istehlakı üçün neçə ədəd siqaret aksiz vergisi ödənilmədən idxal edə bilər?
200
36
Azərbaycan Respublikasının ərazisinə daxil olan və üç aya qədər qalan, mühərrikinin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olan xarici dövlətlərin minik avtomobilləri üçün hansı məbləğdə yol vergisi ödənilməlidir?
40 ABŞ dolları
37
Azərbaycan Respublikasının ərazisinə daxil olan və bir ilə qədər qalan, mühərrikinin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olan xarici dövlətlərin minik avtomobilləri üçün hansı məbləğdə yol vergisi ödənilməlidir?
80 ABŞ dolları
38
Yaşayış fondlarının tutduğu torpaqların 100 kvadrat metrinə görə (10000 kvadrat metrədək olduqda) Bakı şəhəri üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
0,6 manat
39
Azərbaycan Respublikasında istehsal olunan tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinə tətbiq olunan aksizin dərəcəsi nə qədərdir?
hər 1000 ədədinə 38,5 manat
40
Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçünВ neçə manat məbləğində müəyyən edilir?
0,06 manat məbləğində
41
Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 4000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?
3400 manat + mühərrikinin həcminin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə - 13 manat
42
Azərbaycan Respublikasına idxal olunan platinin hər qramına görə tətbiq edilən aksiz dərəcələri nə qədərdir?
4 manat
43
Bakı şəhəri ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin, hər 100 kvadrat metrinə görə (10000 kvadrat metrdən çox olduqda) torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
1,2 manat
44
Azərbaycan Respublikasında istehsal olunan şərablara və şərab materiallarına tətbiq olunan aksiz vergisinin dərəcəsi nə qədərdir?
hər litrinə 0,1 manat
45
Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir?
mobil telefonlar
46
Azərbaycan Respublikasına idxal olunan qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə tətbiq edilən aksiz dərəcələri nə qədərdir?
2,4 manat
47
Bakı şəhəri ərazisində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin, hər 100 kvadrat metrinə görə (10000 kvadrat metrədək olduqda) torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
10 manat
48
Sadələşdirilmir vergi ödəyicisi olmaqla hüququna malik olan vergi ödəyiciləri müvafiq bəyannaməni və ya bu hüququdan istifadə etməyəcəyi barədə yazılı məlumatı hansı müddətdə uçota olduğu vergi orqanına təqdim etməlidirlər?
Hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
49
Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?
mühərrikin 1 kub santimetri üçün 0,02 manat
50
Yerin təkindən çıxarılan baritə görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?
hər kub metr üçün 1 manat