暗記メーカー
ログイン
patopsixologiya 50-100
  • Gulka Mammadova

  • 問題数 50 • 1/21/2024

    記憶度

    完璧

    7

    覚えた

    19

    うろ覚え

    0

    苦手

    0

    未解答

    0

    アカウント登録して、解答結果を保存しよう

    問題一覧

  • 1

    51. Nevrozların bu forması zamanı ürəkkeçmə tutmaları,hərəkətlərin,kordinasiyanın pozulması ,müxtəlif somatik şikayətlər,nitqin müxtəlif pozuntuları qeydə alınır...

    isterik nevroz zamanı

  • 2

    52. Bu xəstəlik zamanı subyektdə əmələ gələn xüsusiyyətlər onun sosial mühitdə adaptasiyasını pozur. Söhbət hansı xəstəlikdən gedir?

    psixopatiyadan

  • 3

    53. .Bu xəstəlik zamanı subyekt öz uğurlarına və uğursuzluqlarına canlı ,ağrılı reaksiya verir. Söhbət hansı xəstəlikdən gedir?

    psixopatiyadan

  • 4

    54. Psixopatiyanın bu klassik tipi üçün –insanlarla kontaktdan uzaqlaşmaq ,tənhalığa meyillilik, qapalılıq, tez incimək , kobudluq, ağırtərpənmək ,empatiyanın almaması səciyyəvidir.

    epileptoid psixopatiya üçün

  • 5

    55. Psixopatiyanın bu klassik tipi üçün –zəifxarakterlilik,dərin maraqların olmaması ,tez təsir altına düşməsi kimi əlamətlər səciyyəvidir...

    səbatsız psixopatlar üçün

  • 6

    56. Psixi xəstəliyin bu növü zamanı xəstənin psixikasının və şəxsiyyətinin inkişafdan qalması anomaliyası qeydə alınır.

    oleqrofreniya zamanı

  • 7

    57. Oleqrofeniyanın əmələ gəlməsi səbəbkərinə aid edilmir...

    təlim-tərbiyyənin düzgün qurulmaması

  • 8

    58. Oleqrofreniyanın bu forması zamanı JQ 20,nitq və təfəkkür olmur,ətraf aləmə bələdləşmə tam pozulur,vərdişlər əmələ gəlmir...

    səylik zamanı

  • 9

    59. Oleqrofreniyanın bu forması zamanı J.Q=50-70,nitq inkişaf edir,təfəkkürdə ümumiləşdirmə zəif olur,mexaniki hafizə inkişaf edir,məktəb təlimi mümkün olur...

    Debillik zamanı

  • 10

    60. Psixi xəstəliyin bu növü zamanı idrak fəaliyyətində deyil,eyni zamanda şəxsiyyətin də inkişafında geridəqalma qeydə alınır...

    Oleqofreniya zamanı

  • 11

    61. Bunlardan hansı psixi xəstəliklərə deyil, psixi anomaliyalara aid edilir ?

    Psixopatiya

  • 12

    62. İnsanda şüurun əmələ gəlməsi şərtlərinə hansı aid edilmir ?

    Şəxsiyyətin sosializasiyası

  • 13

    63. “Əgər şüur anlayışına fəlsəfi mənada yanaşılsa,onda biz deməliyik ki,hər hansı bir psixi xəstəlik zamanı bizim beynimizdə dünyanın yüksək inkişaf forması pozulur”. Bu fikirin müəllifi...

    A.V.Snejnevskidir

  • 14

    64. Şüurun “aydınlığı” və “dumanlanması” anlayışlarını elmə kim gətirmişdir?

    Alman psixiatoru K.Yaspers

  • 15

    65. Şüurun dumanlanmsı faktının əsas meyarlarından biri kimi ayrılmır...

    Zamana,məkana,şəraitə görə bələdləşmənin itməsi

  • 16

    66. Bu vəziyyət bir dəqiqədən bir neçə dəqiqəyə qədər davam edə bilir. Xəstənin xarici qıcıqlara qarşı həssaslığı kəskin azalır, assosiyaların əmələ gəlməsi çətinləşir, onda lənglik, ətalətlilik, laqeyidlik qeydə alınır. Şüurun bu cür pozulması adlanır...

    Şüurun gicəllənməsi

  • 17

    67. Bu vəziyyət şüurda real dünyanın inikası ilə fantaziya xarakterli aydın hissi təsəvvürlərin büruzə verməsinin qəribə qarışığı kimi səciyyələnir. Xəstə qəribə fantaziyalar söyləyir və eyni zamanda qeyd edir ki, xəstəxanada həkimlə söhbət edir. Bu şüurun pozulmasının hansı vəziyyətidir?

    Şüurun oneyroid pozulması vəziyyəti

  • 18

    68. Bu vəziyyət çox vaxt sonradan dərin yuxu ilə qurtarır,sonra amneziya ilə nəticələnir,xəstə adət etdiyi kimi avtomatik hərəkətləri təkrarlayır.Bu şüurun pozulmasının hansı formasıdır?

    şüurun toranlaşması forması

  • 19

    69. Şüurun toranlaşması vəziyyəti sayuqlamasız , hallyusinasiyasız və emosiyaların dəyişməsi olmadan keçərsə bu nə adlanır?

    ambulator avtomatizm

  • 20

    70. Bu vəziyyət mərkəzi sinir sistemində ağır pozucu dəyişikliklər,reaktiv vəziyyətlər zamanı əmələ gəlir və xəstənin mühakiməsinin intelektual fəaliyyətinin ciddi pozulması ilə səciyyələnir ,onun bələdləşməsi pozulur.Şüurun toranlaşmasının bu növü adlanır...

    psevdodemensiya

  • 21

    71. Şüurun bu növ patologiyası zamanı xəstənin özünüdərketməsində pozuntu qeydə alınır, bir növ “Mən”in itməsi ilə səciyyələnir.Bu vəziyyət adlanır...

    depersonalizasiya

  • 22

    72. Qavrayışın patoloji vəvəziyyətinə aid edilmir...

    illyuziya

  • 23

    73. Qavrayışın özünəməxsus tərzdə pozulmasına aid edilmir..

    illyuziya

  • 24

    74. Qavrayışın bu cür pozulması zamanı xəstə ayrı-ayrı əşyaları ,onların şəkillərini qavrayır,lakin onlar arasındakı süjetli əlaqəni qavraya bilmir.Xəstədə qavrayış obrazları yaranır,lakin bu obrazlar səhv diferensiasiya edilir.Bu pozuntu necə adlanır?

    aqnoziya

  • 25

    75. Demensiya zamanı psevdoaqnoziyanın əsasını təşkil edir...

    ağıl zəifliyi fonunda düzgün qavramamaq

  • 26

    76. Hiss üzvlərinə təsir etməyən obyektlər qavranılırsa bu nə adlanır?

    hallyusinasiya

  • 27

    77. Psevdohallyusinasiyaları ilk dəfə təsvir edən rus psixiatoru...

    V.X.Kondilskidir

  • 28

    78. Qavrayışda qeydə alınan bu pozuntular zamanı xəstənin qavrayışı sanki,kənardan yaradılmır,o,təsəvvüründə yaranan obrazları qavrayır və xəstə bunun reallıqdan uzaq olduğunu özü də təsdiqləyir.Bu necə adl adlanır?

    psevdohallyusinasiya

  • 29

    79. Qavrayışın motivasiya komponentinin pozulması hallarına nə vaxt rast gəlmək olmur?

    beyinin alın payı zədələndikdə

  • 30

    80. Psixi xəstəlikər zamanı rast gəlinən pozuntular ən çox hansı idrak prosesində qeydə alınır?

    hafizədə

  • 31

    81. Hafizənin öyrənilməsinə xüsusi diqqət yetirən və onun bütün psixi refleksləri özündə birləşdirməsi fikrini söyləyən psixoloq kimdir?

    İ.M.Seçenovdur

  • 32

    82. Hafizənin psixologiyasının tədqiqinə həsr edilmiş psixofizioloji və neyrofizioloji istiqamətin nümayəndələrindən biri deyildir.

    S.S.Korsakov

  • 33

    83. Hafizə psixologiyasını öyrənən bu istiqamət beyinin müxtəlif zədələnmələri zamanı hafizədə əmələ gələn pozuntuları öyrənir. Bu hansı istiqamətdir?

    psixoloji və neyropsixoloji istiqamət

  • 34

    84. Hafizə potologiyasını öyrənən bu istiqamət əsasən hafizənin təşkili və onun pozulmasının psixoloji səbəblərini öyrənir. Bu hansı istiqamətdir?

    psixoloji istiqamət

  • 35

    85. Hafizə patologiyasının bu sindoromu zamanı xəstə keçmiş hadisələri yaxşı yada saldığı halda, cari hadisələri yada sala bilmir. Bu hansı sinfromdur ?

    Korsakov sindromu

  • 36

    86. Korsakov sindromu zamanı hansı pozuntu baş verir ?

    cari hadisələrin unudulması

  • 37

    87. “Korsakov sindromu” bunlardan hansına aid edilir ?

    vasitəsiz yaddasxlamanın pozulmasına

  • 38

    88. Hafizənin bu potologiyası zamanı xəstə cari hadisələri yadında saxlayır, lakin keçmiş hadisələri unudur. Bu hansı potologiyadır ?

    korsakov sindromu

  • 39

    89. Hafizənin bu cür pozulması yaşlı adamlarda qeydə alınır və yaş artıqca güclənir, xəstə keçmiş hadisələri yaş artdıqca daha çox unudur. Bu necə adlanır?

    proqressivləşən amneziya

  • 40

    90. Olur ki, xəstə beyin qan damar xəstəlikləri, kəllə-beyin travmaları və.s nəticəsində müəyyən müddət ərzində materialı yaxşı yadda saxlayır və asan yada salır, az bir müddətdən sonra o, bunları edə bilmir. Potopsixologiyada hafizənin bu cür potologiyası necə adlanır?

    hafizənin dinamik pozulması

  • 41

    91. Müxtəlif psixi xəstəliklər zamanı “piktoqramma”metodundan istifadə etməklə, vasitəli yaddasaxlamanın pozulması faktını ilk dəfə müəyyən edən müəllif kim olmuşdur?

    A.R.luriya

  • 42

    92. “Piktoqramma”metodunu təklif edən psixoloq kimdi?

    A.R.Luriya

  • 43

    93. Epileptiklərdə, yarımkürələr qabığının alın payı və hipofiz zədələnən xəstələrdə hafizənin hansı pozuntusu qeydə alınır?

    proaktiv amneziya

  • 44

    94. Psixi xəstələrdə “Zeyqarnik effekti”qeydə alınır. Bu zaman hafizənin hansı potologiyası qeydə alınır?

    hafizənin motivasiya kompanentinin po

  • 45

    95. Ümumiləşdirmə səviyyəsinin aşağı düşməsi və bu prosesin təhrif olunması hansı təfəkkür potologiyasına aid edilir?

    təfəkkürün əməli tərəfinin pozulması

  • 46

    96. Mühakimələrdə ardıcıllığın pozulması təfəkkürün hansı potologiyasına aid edilir?

    təfəkkürün dinamikasının pozulması

  • 47

    97. Təfəkkürün ləng gedişi (inyertliyi)onun hansı potologiyasına aid edilir?

    təfəkkürün dinamikasının pozulması

  • 48

    98. Təfəkkürdə müxtəlifplanlığın və uzunçuluğun olması onun hansı potologiyasına aid edilir?

    motivasiya kompanentinin pozulması

  • 49

    99. Xəstə ümumiləşdirməni apararkən əşyaların mühüm əlamətlərinə deyil, qeyri-mühim əlamətlərinə istinad edir. Bu təfəkkürün hansı potologiyasına aid edilir?

    təfəkkürün əməli tərəfinin pozulması

  • 50

    100. Təfəkkürndə bu cür pozuntuları oleqofrenlərdə, beyin travmaları olan xəstələrdə intelektində ciddi qüsurlar olan epileptiklərdə qeydə alınır. Bu hansı pozuntudur?

    ümumiləşdirmə səviyyəsinin aşağı düşməsi