Soru
Hüquq qabiliyyətinin və fəaliyyət qabiliyyətinin vəhdəti özündə nəyi ifadə edir?
Soru
Sahibkarlıq hüququ dedikdə, ...
Soru
Mülki hüquq münasibətləri hansı subyektlər arasında baş verə bilər?
Soru
Subyektiv hüquqlar nədir?
Soru
Mülkiyyət hüququnu mülkiyyətçi hansı formada və həddə həyata keçirə bilər?
Soru
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyalarını müəyyən edin.
Soru
İlkin müqavilə hansı formada bağlanır?
Soru
Dövlət satınalma müqaviləsinə dair münasibətlər necə tənzimlənir?
Soru
Müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları hansı sənədlərdə nəzərdə tutula bilər?
Soru
Müqavilənin ləğv edilməsi üçün aşağıdakı şərtlərdən hansının mövcudluğu tələb olunmur?
Variant 5
Puan
0 / 10
Doğru oranı
0%
Doğru: 0
Yanlış: 0
Cevapsız: 10
Soru listesi
1
Hüquq qabiliyyətinin və fəaliyyət qabiliyyətinin vəhdəti özündə nəyi ifadə edir?hüquq subyektliyini
2
Sahibkarlıq hüququ dedikdə, ...fiziki və ya hüquqi şəxsin (şəxslərin) qazanc əldə etmək məqsədilə iqtisadi fəaliyyətini nizamlayan və dövlət tərəfindən təmin edilən hüquqi normaların məcmusudur
3
Mülki hüquq münasibətləri hansı subyektlər arasında baş verə bilər?iki və daha çox mülki hüquq subyektləri arasında baş verə bilər
4
Subyektiv hüquqlar nədir?şəxsin davranışının yol verilən növü və ölçüsüdür
5
Mülkiyyət hüququnu mülkiyyətçi hansı formada və həddə həyata keçirə bilər?Mülkiyyət hüququnu mülkiyyətçi öz mülahizələrinə görə, lakin qanunla müəyyən edilmiş hüdudlarda həyata keçirə bilər
6
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyalarını müəyyən edin.Mikro sahibkar; Kiçik sahibkar; Orta sahibkar; İri sahibkar
7
İlkin müqavilə hansı formada bağlanır?əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır
8
Dövlət satınalma müqaviləsinə dair münasibətlər necə tənzimlənir?satınalmalar haqqında qanunvericiliyə uyğun tənzimlənir
9
Müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları hansı sənədlərdə nəzərdə tutula bilər?Mülki Məcəllədə və müqavilədə
10
Müqavilənin ləğv edilməsi üçün aşağıdakı şərtlərdən hansının mövcudluğu tələb olunmur?Maraqlı tərəf vurulan zərəri ödəməlidir
11
Öhdəliyin icrası dedikdə, kreditorun xeyrinə borclunun öhdəliyin bütün şərtlərinə əməl etməklə onun predmetini təşkil edən ...konkret bir hərəkəti etməsi və yaxud müəyyən bir hərəkətdən çəkinməsi anlaşılır
12
İkitərəfli müqavilələr üçün xarakterik olan cəhəti müəyyən edinhər bir tərəfin həm hüquqları, həm də vəzifələri yaranır
13
Zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, ...mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur
14
Əmək müqaviləsinin məzmunu ...onun şərtlərinin məcmusunu təşkil edir, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir və hər bir konkret əmək hüquq münasibətlərinə şamil edilir
15
İşçi hansı şərtlər əsasında əmək müqaviləsini ləğv edə bilər?bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə
16
İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmayanı müəyyən edin.müddətli əmək müqaviləsinin müddəti qurtardıqda
17
Kommersiya hüquqi şəxslərinə münasibətdə hüquqi şəxslərin dövlət qeydiyyatını hansı orqanlar həyata keçirirlər?vergi orqanları
18
Xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə hüquqi şəxslərin dövlət qeydiyyatını hansı orqanlar həyata keçirirlər?vergi orqanları
19
Hüquqi şəxsin hüquqi vəziyyətini müəyyənləşdirən və onun daxili münasibətlərini tənzimləyən təsis sənədi hansıdır?Nizamnamə
20
Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan ...mülki hüquqlar əldə edir və mülki vəzifələr daşıyır
21
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri ...təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır
22
Aşağıdakılardan hansı təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) mülkiyyət hüququ olarq onlara mənsub deyil?təsisçilərin (iştirakçıların) ianə etdiyi əmlak
23
Təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, ...səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur
24
Asılı cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını) almaq ...hüququ yoxdur
25
Əlavə məsuliyyətli cəmiyyətin firma adı üçün əsas tələbi müəyyən edin:Əlavə məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə "məhdud məsuliyyətli cəmiyyət" sözləri göstərilməlidir
26
Əlavə məsuliyyətli cəmiyyət hansı qaydalar tətbiq edilir?əgər ayrı qayda nəzərdə tutulmayıbsa, Əlavə məsuliyyətli cəmiyyətə, AR MM-in məhdud məsuliyyətli cəmiyyət haqqında qaydaları tətbiq edilir
27
Qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının ...satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər
28
Aşağıdakılardan hansı qapalı səhmdar cəmiyyəti üçün xarakterik əlamət deyildir?səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilər
29
Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti ...səhmlərin nominal dəyərini azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər
30
Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti ...səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər
31
Cəmiyyətin səhminin əlli faiz hissəsini almaq istəyən şəxs hansı hərəkəti edir?bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif təqdim edir
32
Cəmiyyətin səhminin əlli faizdən çox hissəsini almaq istəyən şəxs hansı hərəkəti edir?bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif təqdim edir
33
Səhmdar cəmiyyətinin qiymətli kağızlarının konvertasiyası ...AR Mülki Məcəlləsinə müvafiq olaraq həyata keçirilir
34
Səhmdar cəmiyyəti səhməri hansı forada buraxa bilər?iki növ: adi və imtiyazlı səhmlər
35
Qiymətli kağızın əhəmiyyətsizliyinə səbəb olan halı müəyyən edin.Qiymətli kağızın məcburi rekvizitlərinin olmaması
36
Hansı hal qiymətli kağızın əhəmiyyətsizliyinə səbəb olur?Qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş formaya uyğun gəlməməsi
37
Tam ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın ...bütün iştirakçılarının razılığı tələb edilir
38
Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə ...özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar
39
Kommandit ortaqlığına maya qoyan şərikli kapitala maya qoymağa borcludur?maya qoymağa borcludur
40
Kommandit ortaqlığına mayanın qoyulması hansı sənədlə təsdiqlənir?maya qoyana ortaqlıq tərəfindən verilən iştirak şəhadətnaməsi ilə təsdiqlənir
41
Aşağıdakılardan hansı səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid deyildir?cəmiyyətin nizamnamə kapitalının minimum məbləğini müəyyən etmək
42
Aşağıdakılardan hansı səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid deyildir?cəmiyyətin üzvlərinin əmək fəaliyyətinə xitam vermək
43
“Müflisləşmə və İflas haqqında” AR Qanuna əsasən borclu müəssisə dedikdə,Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxs anlaşılır
44
“Müflisləşmə və İflas haqqında” AR Qanuna əsasən fərdi borclu dedikdə, ...öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar - fiziki şəxs anlaşılır
45
Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısı hansı qaydada təyin edilir?əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir
46
Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hansı sahədə müvafiq təhsilə malik olmalıdırlar?hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu
47
Aşağıdakılardan hansı kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid deyildir?kooperativin üzvünü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri təyin etmək
48
Aşağıdakılardan hansı kooperativin ali idarəetmə orqanı hesab edilir?kooperativin üzvlərinin ümumi yığıncağı
49
Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən ...audit komitəsi yaradılır
50
Səhmdar cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası hansı sənədlə müəyyən edilir?cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir